ismayıllı rayon Lahic bələdiyyəsinin sədri Rövşən əliyevin Belediyye.infoya verdiyi məlumata görə, əslən Lahıc kəndindən olan Nadir Adilovun və Elvin Paşayevin birgə müəllifliyilə qələmə alınan “Könüllülük: uğur formulu” adlı kitabı işıq üzü görüb. Kitab 2016-ci il iyul ayında Lahıc qəsəbəsində təşkil olunmuş ASAN Könüllüləri tərəfindən keçirilən Həmrəylik düşərgəsinin fəaliyyətinə həsr olunub.
Eyni zamanda kitabda əməkdar müəllim Rövşən əliyevin və Lahıclı şair, Lahıc folklorunun toplanması və nəşrində böyük rolu olan şahməmməd Dağlaroğlunun da müsahibələrinə də geniş yer verilib.
Qeyd edək ki, kitab 14 yaşadək kimsəsiz və aztəminatlı ailələrin uşaqlarının arzularını reallaşdıran www.asanmektub.az layihəsinə dəstək məqsədilə yazılıb.
Kitabı kitab mağazalarından, xüsusən də Nizami küçəsində yerləşən “Akademkitab”ın satış məntəqəsi, kitabevim.az, “əli və Nino” kitab evinıdən, “Pero” kitab mağazalarından əldə etmək olar.
Belediyye.info